Bakıda sabiq deputatın məşhur restoranı sökülür
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun göstərişi ilə "Gənclik” metrosu yaxınlığındakı Atatürk parkında yerləşən əksər restoranlar, ticarət və ictimai-iaşə obyektləri sökülüb.


Kanal14.az unikal.org-a istinadən xəbər verir ki, adıçəkilən ərazidə sabiq millət vəkili Fərhad Qəribovun "Billur” restoranının söküntüsünə başlanılıb. 

Qeyd edək ki, F. Qəribov, həm də "Şəki" restoranının sahibidir.