Gündəm / Siyasət / Cəmiyyət

Parlamentin 6 komitəsinin sədri dəyişdi

Parlamentin 6 komitəsinin sədri dəyişdi

Xəbər verdiyimiz kimi, Milli Məclisin komitələrinə yeni sədlər seçilib.

"Kanal14.az"ın məlumatına görə, əvvəlki çağırışdan fərqli olaraq 6 komitənin sədri dəyişib.

Belə ki, Arzu Nağıyev Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin (əvvəlki Ziyafət Əsgərov), Azər Əmiraslanov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin (əvvəlki Tahir Mirkişili), Anar İsgəndərov Elm və təhsil komitəsinin (əvvəlki Bəxtiyar Əliyev), Polad Bülbüloğlu Mədəniyyət komitəsinin (əvvəlki Fazil Mustafa), Şahin İsmayılov Gənclər və idman komitəsinin (əvvəlki Adil Əliyev) və Fazil Mustafa İctimai birliklər və dini qurumlar komitəsinin (əvvəlki Fəzail İbrahimli) sədrləri təsdiq ediliblər.

Qeyd edək ki, Milli Məclisin 15 komitəsi var.