Gündəm / Cəmiyyət

Ramil Osmanlı sədr seçildi, köhnə sədr tanımadı – NƏ BAŞ VERİR?

Ramil Osmanlı sədr seçildi, köhnə sədr tanımadı – NƏ BAŞ VERİR?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində (AQC) qalmaqal baş verıb.

"Kanal14.az" "AzPolitika”ya istinadən xəbər verir ki, təşkilatın İdarə Heyətinin qərarı ilə iyulun 1-də növbədənkənar konfrans keçirilib və sədr Vüqar Oruc postundan kənarlaşdırılıb.

Bu barədə iqtisadçı, əmlak sahəsi üzrə ekspert Ramil Osmanlı məlumat yayıb. Onun sözlərinə görə, təşkilat üzvlərinin əksər çoxluğunun iştirakı baş tutan növbədənkənar konfransda Cəmiyyətin İdarə Heyətinin üzvləri və digər təşkilatların üzvləri fikirlərini bildirərək, təşkilatın son iki ildəki fəaliyyətini, müsbət və mənfi nəticələri, mövcud problemləri müzakirə edib, nöqsanları səsləndiriblər.

"Lakin Cəmiyyətin bu günə qədər sədri olan Vüqar Oruc konfransda iştirakdan imtina etdiyi üçün səsləndirilən nöqsanlara, iradlara cavab almaq mümkün olmayıb”, – o qeyd edib.

R.Osmanlı bildirib ki, konfrans öz işini müvafiq qaydada həyata keçirməklə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin seçkili orqanlarına yenidən seçkilərin keçirilməsi barədə müsbət qərar verdikdən sonra seçki prosesi baş tutub. Seçkinin nəticələrinin yekunu olaraq Ramil Osmanlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni sədri seçilib.

Qeyd olunur ki, yeni tərkibdə, Ramil Osmanlı, Nüsrət İbrahimov, Rəşad Əliyev, Elnur Əsədov, Zamin Hüseynov, Nahid Həsənov, Ayan Qəmbərova, Pərviz Qulami, Xaliq Qurbanov, Səidə Şabanova, Şükür Hüseynov, Elçin Mahmudov və Fərid Hüseynov olmaqla, 13 nəfərdən ibarət İdarə Heyəti, Elnur Azadov, Günay İsmayılqızı, Vəfa Quliyeva, Emin Mədətov və Vasif Məmmədli olmaqla, 5 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyasının üzvləri seçilib.

Cəmiyyətin sədri Vüqar Oruc isə bəyanat yayaraq sözügedən konfransın qeyri-legitim olduğunu bildirib. Mətbuata müraciət edən V.Orucun sözlərinə görə, AQC sədri olaraq fəaliyyətimi davam etdirir: "Bu gün biriləri konfrans-konfrans oynayanda mən Mərkəzi Bankda Sahibkarlar Şurasının iclasında ölkədə qiymətləndirmə sektorunun problemlərindən danışırdım. Xahiş edirəm Ədliyyə Nazirliyinin qərarına hörmətlə yanaşaq və özünü olmadığı kimi cəmiyyətə təqdim edənlərin məlumatını tirajlamayaq. Xatırladım ki, AQC-də 60 şirkət var, konfransda 18 şirkətdən 30 nümayəndə iştirak edib, özünü sədr adlandıran şəxs 20 səslə seçilib. Birtərəfli məlumat paylaşan media nümayəndələri AQC-nin əvvəlki konfrans və tədbirlərinə nəzər yetirsə, görərlər ki, bu tədbir AQC-nin adından qərar verə bilməz”.

V.Oruc mətbuata yeni açıqlama ilə çıxış edəcəyini də vəd edib.

Ramil Osmanlı sədr seçildi, köhnə sədr tanımadı – NƏ BAŞ VERİR?

Ramil Osmanlı sədr seçildi, köhnə sədr tanımadı – NƏ BAŞ VERİR?