Gündəm / Siyasət / Cəmiyyət

AMİP seçkilərə hazırlaşır - AÇIQLAMA

AMİP seçkilərə hazırlaşır - AÇIQLAMA

"Milli İstiqlal Partiyası bütün seçkilərdə iştirak etməyin tərəfdarıdır".

"Kanal14.az" bildirir ki, bunu sözügedən partiyanın sədri Arzuxan Əlizadə deyib.

Sədr bu günə qədər ölkədə keçirilən bütün parlament və bələdiyyə seçkilərindən partiyanın kənarda qalmamasını xatırladıb:

"Parlament seçkilərində də iştirak edəcəyik. Bununla bağlı fevralın 23-də partiyanın siyasi şurasının genişləndirilmiş iclasında qərar verilib. Namizədlərin müəyyənləşdirilməsi prosesi gedir".

Sədr özü də bu seçkidə namizədliyini irəli sürəcək:

"Hədəfləyirəm, yaşadığım ərazidən namizədliyini ürəli sürməyi düşünürəm. Amma seçki ərəfəsində digər variantları da araşdırıb son qərarı verəcəyəm".//qaynarinfo