Gündəm / Siyasət / Cəmiyyət

Daha bir partiya sədri seçki ilə bağlı qərarını açıqladı

Daha bir partiya sədri seçki ilə bağlı qərarını açıqladı

"Kanal14.az" bildirir ki, Gələcək Azərbaycan Partiyası (GAP) seçkiyə gedəcək.

Partiya sədri Ağasif Şakiroğlu bildirib ki, rəhbərlik etdiyi siyasi qurum hər iki seçkidə iştiraka maraqlıdır:

"Gələcək Azərbaycan Partiyası artıq 1 aydan çoxdur ki, Mərkəzi İcra Aparatına seçkilərə hazırlıq məqsədilə zəruri tapşırıqları verib. Mərkəzi İcra Aparatımız həm parlament, həm də bələdiyyə seçkilərinə paralel hazırlaşır".

Sədr yaxın günlərdə partiyanın seçki qərərgahının formalaşacağını qeyd edib:

"25 may tarixində partiyamızın Mərkəzi İcra Aparatından gəlmiş arayışda artıq parlament seçkilərində 13, bələdiyyə seçkilərində isə 300 namizədimizin iştirak edəcəyi bildirilib. Hazırda da proses davam edir və əlbətdə ki, bu rəqəmlər yekun deyil. Əminəm ki, rəhbərlik etdiyim Gələcək Azərbaycan Partiyası istər parlament, istərsə də yerli özünü idarəetmə orqanı olan bələdiyyə seçkilərində iştirak hüququ qazanacaq".//Qaynarinfo