Gündəm / Cəmiyyət / Sosial

Azərbaycanda kişilərin 48%-i pensiya almadan vəfat edib

Azərbaycanda kişilərin 48%-i pensiya almadan vəfat edib

Azərbaycanda il ərzində 60 min 810 nəfər vəfat edib.

"Kanal14.az" Yeniavaz.com -a istinadən xəbər verir ki, vəfat edənlərin 33 min 157 nəfərini kişilər, 27 min 653 nəfərini isə qadınlar təşkil edib.

Vəfat edən kişilərin isə 47,8%-i və ya 15 min 872 nəfəri 65 yaşına çatmadan ölüb.

Məlumat üçün qeyd edək ki, 1 iyul 2020-ci tarixindən etibarən Azərbaycanda kişilər 65 yaşından sonra pensiyaya çıxırlar.