Gündəm / Cəmiyyət

Demokratik Birlik Partiyası AZƏRBAYCAN XALQINI TƏBRİK EDİB !!!

Demokratik Birlik Partiyası AZƏRBAYCAN XALQINI TƏBRİK EDİB !!!

Demokratik Birlik Partiyasının sədri Mirfazil Həmid Ramazan bayramı münasibəti ilə xalqımızı təbrik edib.

Təbrikdə deyilir:
"Xalqımızı və dünyada yaşayan Azərbaycanlıları mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Ramazan ayı müqəddəs kitabımız Qurani-Kərimin nazil olması ilə əlamətdardır. Bu ay insanlar arasında birlik, bərabərlik və xeyirxahlığı, dini dəyərlərə bağlılığı təcəssüm etdirir. Bu mübarək ayda müsəlmanlar Allah qarşısında vicdani borcunu daha dolğun ödəmək fürsəti qazanır, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbəsini qeyd edirlər.

"Bu əziz bayram günlərində bir daha, xalqımıza mübarizlik, firavanlıq və süfrələrində bol ruzi-bərəkət arzulayıram".

Mirfazil Həmid
Demokratik Birlik Partiyasının sədri