Gündəm / Cəmiyyət

Ramazan tətili başlayıb

Ramazan tətili başlayıb

Azərbaycanda Ramazan tətili başlayıb.

"Kanal14.az" xəbər verir ki, Nazirlər Kabinetinin "İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilib.

Qeyd edək ki, bu il aprelin 10, 11-i Ramazan bayramıdır. 13 və 14 aprel şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Ramazan bayramı ilə əlaqədar 5 gün - 10, 11, 12, 13 və 14 aprel tarixləri qeyri-iş günü olacaq. Şənbəyə təsadüf edən 6 aprel isə iş günü olub.