Gündəm / Cəmiyyət

Azərbaycanda 8 günlük tətil başlayır – RƏSMİ

 Azərbaycanda 8 günlük tətil başlayır – RƏSMİ
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Sabahdan Azərbaycanda 8 gün qeyri-iş günü olacaq.

Baş Nazir Əli Əsədov 15 may 2020-ci il tarixli, 177 saylı "Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında” qərar imzalayıb.

Redaktor.az-a istinadən  xəbər veririk ki, 2020-ci il istehsalat təqviminə uyğun olaraq 24 və 25 may tarixləri Ramazan Bayramına təsadüf edir. Bundan əlavə, 28 may tarixi də Respublika günü olduğu üçün qeyri-iş günü hesab edilir. Qeyd edək ki, Ramazan Bayramının ikinci gününün bazar günü olan 24 may 2020-ci il tarixinə təsadüf etməsi səbəbindən 26 may 2020-ci  il tarixi də qeyri-iş günü hesab olunur.

Nazirlər Kabinetinin müvafiq qərarında qeyd edilir ki, xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi olaraq 2020-ci il 29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri qeyri-iş günləri müəyyən edilsin. Beləliklə, xüsusi iş rejiminin tətbiqi nəticəsində beşgünlük iş rejimində 29 may 2020-ci il tarixi qeyri-iş günü olacaq. Altıgünlük iş həftəsində çalışanlar üçün xüsusi iş rejiminin tətbiq dairəsinə isə 3 gün – 23, 29 və 30 may tarixləri təsadüf etdiyi üçün həmin günlər qeyri-iş günləri hesab ediləcək. Yəni, işəgötürən xüsusi əmək rejimi tətbiq edilən günləri qeyri-iş günləri hesab etsə də, həmin günlər üçün işçilərə əmək haqqı  hesablamalıdır.