Gündəm / Cəmiyyət

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk  addımı atırlar

 

Müasir İnternet Resuslarının İnkişafı İctimai Birliyi nin sədri Zamin Zeynal dövlətin informasiya təhlükəsizliyi ilə bağlı önəmli məsələrdə vətəndaş və cəmiyyətlərinin dəstəyinin vacibliyinə diqqət çəkərək fikirlərini paylaşıb. 

 
Zamin Zeynal qeyd edib ki, bu günlərdə ölkəmizdə DTX-nın yüksək peşəkarlıqla aşkarladığı terrora cəhdin vaxtında qarşısının alınması bir daha  göstərir ki,  bu cür həssas dövrdə açıq quru sərhədləri ölkələrində terror hadisələri hansı riskləri yarada bilər. 
 
Bütün bunların fonunda aydın şəkildə demək olar ki, hər bir Azərbaycan vətəndaşı gözü açıq olmalıdır. Nəzərə alsaq ki, Azərbaycan dövləti dinamik inkişaf yolu ilə dünyaya uğurla inteqrasiya edir. Belə bir şəraitdə gözü götürməyən qonşularda müxtəlif formalarda çirkin niyyətlərini gerçəkləşdirmək üçün hərəkətə keçirlər. Bu və ya digər formalarda məkrli,dağıdıcı niyyətlərini həyata keçirmək üçün fürsət axtarırlar. Ona görə də belə halların baş verməməsi üçün hər birimiz birlik əzmində olmalıyıq. Bu arada informasiya təhlükəsizliyi məsələsinə də həssaslıqla yanaşmaqda fayda var. Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən və yaxud  müxtəlif sosial media platformaları ilə insanların inamını, güvənini qazanmağa, onların potensial imkanlarından  bəhrələnməyə çalışırlar ki, bu da nəticədə terror və digər xoşagəlməz hallara yol aça bilər. MİRİİB olaraq dəyərli vətəndaşlarımıza tövsiyəmiz odur ki, əldə etdikləri informasiyanı yayarkən diqqətli olsunlar. Mənbəyi məlum olan dəqiq və qərəzsiz informasiyalara üstünlük versinlər. 

Dəyərli həmvətənlər gəlin birlikdə dezinfeksiya hallarına yol verməyək! 
İnformasiya təhlükəsizliyimiz bizim də təhlükəsizliyimizdir.