Gündəm / Cəmiyyət

MİRİİB sədri Zamin Zeynal: "İnformasiya paylaşımlarına həssaslıqla yanaşaq"

MİRİİB sədri Zamin Zeynal:
Müasir İnternet Resuslarının İnkişafı İctimai Birliyinin sədri Zamin Zeynal sosial şəbəkələrdə vətəndaşalarımzın informasiya paylaşarkən həssaslıqla yanaşılmalarının önəmindən danışıb. 
"Son günlər ölkəmizdə olan hadisələrə diqqət etsək görərik ki, müxtəlif formalarda  başlarına iş gəlmiş vətəndaşlarımızın şəxsi həyatı ilə bağlı reytinq yığmağa hesablanan foto/video paylaşımları qeyri-peşəkar informasiya axınına səbəb oldu. 
 
Onu da bilmək lazımdır ki, əksər sosial şəbəkə seqmentlərində baş verən informasiya özbaşnalığı şəxslərin gələcək həyatları üçün mənəvi fəlakət yaradan amillərdir. Bu baxımdan hər bir sosial şəbəkə iştirakçısı münasibət bildirdiyi məsələlərə və foto/video paylaşımlarına mənəvi dəyərlər fonundan baxaraq xüsusi həssaslıqla yanaşmalıdır. 
 
Heç kəs başına gələcək hər hansı bir hadisədən sığortalı deyil. Cəmiyyətdə baş verən hadisələrə vətəndaş münasibəti sərgiləyənlər fikrlərini bildirərəkən daha yaxşı olar ki, həm mənəvi dəyərlər, həmdə hüquqi asbekdən yanaşaraq araşdırma və dəyərləndirmə etsinlər. 
 
Dəyərli həmvətənlər gəlin birlikdə cəmiyyətimizi irəliyə doğru aparaq!", - deyə Zamin Zeynal bildirib.