Gündəm / Dünya

Uqanda prezidenti Keniyanın paytaxtını işğal etməklə hədələyən oğlunu baş komandanı təyin etdi



Uqanda prezidenti Yoveri Museveni oğlu Muhoozi Kainerugabanı ölkənin silahlı qüvvələrinin komandanı təyin edib.

Kanal14.az" xəbər verir ki, bu barədə yerli "New Vision" nəşri yazır .

Hazırkı komandir general Vilson Mbasu Mbadi ticarət və kooperativlər naziri vəzifəsinə keçirilib.

Prezidentin 49 yaşlı oğlu əvvəllər ölkənin quru qüvvələrinə rəhbərlik edib, lakin Kainerugabanın iki həftə ərzində qonşu Keniyanın paytaxtını ələ keçirməklə hədələdiyi mübahisəli tvitindən sonra 2022-ci ilin oktyabrında işdən çıxarılıb.

"New Vision” nəşrinin məlumatına görə, Kainerugaba yeni təyinatından əvvəl prezidentin xüsusi əməliyyatlar üzrə müşaviri vəzifəsində çalışıb.