Gündəm / Dünya

ABŞ ordusu PUA-larla mübarizə üçün əl avadanlıqları alır

ABŞ ordusu PUA-larla mübarizə üçün əl avadanlıqları alır

2025-ci ildə ABŞ ordusu dronlarla mübarizə aparmaq üçün əl avadanlıqlarının alınmasına 13,5 milyon dollar xərcləmək niyyətindədir.

"Kanal14.az" xəbər verir ki, bu barədə "Defence One" məlumat yayıb.

Bu vəsaitlə Pentaqon PUA-ları vurmağa imkan verən "Dronebuster" və "Modi" tıxac sistemləri (hər biri 20 ədəd), "Bal Chatri" dron aşkarlama sistemi və "Smart Shooter" (hər biri 10 ədəd) atıcı nişangah almağı planlaşdırır.

Bundan əlavə, ABŞ ordusu pilotsuz təyyarələrin siqnallarını aşkar etməyə və sıxışdırmağa imkan verən "Terrestrial Layer System" bel çantası elektron müharibə sistemlərini almaqda maraqlı olduğunu bildirib. Onlara 54,2 milyon dollar ayrılıb.

Dəniz Təhlili Mərkəzinin eksperti Samuel Bendettin bildirib ki, belə sayda dron əleyhinə avadanlıqlar ABŞ ordusu üçün yetərli deyil. O, Ukraynadakı münaqişə ilə bağlı müşahidə edilən təcrübəyə əsaslanaraq qeyd edib ki, ən azı hər bir tağımda PUA-lara qarşı əl qurğusu olmalıdır.