Gündəm / İdman

"Laçın" klubu 33 illik ayrılıqdan sonra Laçında yaşıl meydana çıxır


Aprelin 14-də, saat 15:00-da Laçın Şəhərində "Laçın" mini futbol komandası ilə Masazırın "Azər Duz” komandası qarşılaşacaq.

Bu barədə açıqlamasında "Laçın" mini futbol klubunun rəhbəri, MMA döyüşçüsü Elçin Hüseynov deyib.

"Dörd il əvvəl yaratdığım "Laçın" mini futbol klubu bir çox uğurlara imza atıb. 2023-2024 mövsümündə futbolun həvəskarlar liqasında 24 komandadan ibarət turnirdə finala vəsiqə qazanmışıq. 33 illik ayrılıqdan sonra Müzəffər Ordumuzun azad etdiyi torpaqlarda təşkil ediləcək ilk oyun, ölkənin idman həyatı, eyni zamanda doğma yurdlarına qayıtmış laçınlılar üçün əhəmiyyətli və çox maraqlı hadisəyə çevriləcək”, deyə E.Hüseynov bildirib.

Qeyd edək ki, "Laçın" mini futbol klubu 1/8-də birdə "Ultra”, 1/4-də Zabratın "Azilon” ,1/2-də isə "Bakutex” komandasını meğlub edərək finala çıxıb.