Gündəm / Cəmiyyət / Hadisə / Video

Goranboyda güclü yağışın fəsadları — VİDEO

Goranboyda güclü yağışın fəsadları — VİDEO

Goranboy-Naftalan-Tərtər yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində yerləşən körpünün yaxınlığında sel suları nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

Güclü yağışdan sonra yaranan problemlər avtomobillərin hərəkətini çətinləşdirməklə yanaşı, nəqliyyat vasitələrinə ciddi ziyan vurub.

Nəticədə avtomobillərdə nasazlıqlar yaranıb və yolda qalıblar.

Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti müşahidə olunur.

Daha ətraflı Baku TV-nin materialında: