Gündəm / Cəmiyyət / Foto

"Mətanət-A" şirkətinin rəhbərliyi Bayramovlar ailəsinə qarşı... - VİDEO






Bakunews.az xəbər portalının elektron ünvanına vətəndaş müraciəti daxil olub. Beləki müraciətdə qeyd edilir ki, "Mətanət-A" şirkətinin rəhbəri onun yanında uzun müddət işləmiş və ən sonda şirkətin cənub bölgəsi üzrə satış təmsilçisi vəzifəsində çalışmışam. Şikayətçinin Bakunews.az-a bildirdiyinə görə, 2015-ci il tarixində Lənkəran-Lerik yolunun 36-cı km-də atası Ərəstun Bayramovun tikdirdiyi istirahət mərkəzinin tamamlanmasından sonra Elxan Bəşirovun qəzəbinə tuş gəlib. Onun özlərinə görə, həmin ərazinin böyük bir hissəsini E.Bəşirovun almaq məqsədi daşımasından xəbərsiz olmaları şirkət rəhbərliyi ilə qohumları arasında narazılığa səbəb olub. Altay Bayramov qeyd edir ki, Elxan Bəşirov onun bibisi oğludur. Ərəstun Bayramov isə Elxan bəşirovun dayısıdır. 

A.Bayramov əlavə edir ki, Elxan Bəşirovun həmin torpaqları almaq məqsədinin olduğunu bizə bildirdikdə isə atam Ə.Bayramov heç bir problemin olmadığını və çəkdiyi xərci verərək həmin torpağı ona verə biləcəyini qedy edib. Elə hadisələrin cərəyan etməsidə məhz bu söhbətlərdən başlamışdır deyə Altay Bayramov bildirir. Bundan sonra E.Bəşirov qara mühasibatlığını aparan qardaşım Bayramov Ziyatayı işdən qovdu və mənimlə əsl müharibəyə başladı. Daha sonra müraciətdə "Mətanət-A" şirkətin Luxen Plazda yerləşən satış ofisində Altay Bayramovu E.Bəşirovun qoçu dəstəsi tərəfindən qanunsuz olaraq saxlanılmış və ona aidiyyatı olmayan sənədlərə imza atdıqdan sonra azad edilmişdir. Saxlanılan zaman hətda zor tətbiq edildiyinidə qeyd edən Altay bəy fiziki zorakılığa məruz qaldığını dyib.

Elxan Bəşirov qoçuları vasitəsilə mənə məxsus sənədləri, şəxsi netbukumu, Xırdalan şəhərində yerləşən evimizin sənədlərini, işlədiyim müddət ərzində apardığım iş hesabatını və o cümlədən şirkətdə 12000 manat depozitimin olmasını təsdiq edən sübutları ələ keçirmişlər. Girovluqda olduğum zaman Elxanın mühafizə rəisi Yalçın İbayev məni başımdan vurmuş və hətta xəstəxanaya müraciət edəcək duruma gətirilmişdim. Bəşirovun hədə və şantajlarından qorxub səsimizi çıxarmırdıq. Amma indi heç nəyimiz qalmayıb. 2016-cı ildən bu günə qədər Xırdalan şəhəri, H.Aslanov küçəsi, 90 saylı evimiz Elxan Bəşirovun girovluğundadır və Elxanın qoçu dəstəsi evimizə daxil olmağa qoymurlar. 

Deyilənləri aşağıdakı tədiq edən video sujetdə izləyə bilərsiniz:

Daha sonra sosial şəbəkələrdə prokrorluğa açıq müraciət edən Altay Bayramov ciddi məsələlərə toxunacağınıda qeyd edib.
ALTAY BAYRAMOV: Mətanət-A şirkətinin prezidenti Elxan Bəşirov haqda sosial şəbəkələrdə bir sıra yazılar getmiş və buna görə məndən şübhələnən Elxan Bəşirov məqsədli şəkildə Bakı şəhər prokuroruna şikayət vermişdir. Şikayətdə Mətanət-A şirkətində çalışdığım dövrdə güya mənimsəmə etmişəm. Əgər Elxan Bəşirov cibimə narkotik maddə atdırıb məni tutdurmasa, bu barədə geniş olaraq mətbuat konfransı keçirib hər şeyi ictimaiyyətə çatdıraram.Bu qanunsuz şikayətə görə 01.03.2019-cü il tarixində Bakı şəhər prokuroru İlqar Abbasovun qəbul günü olduğu üçün qəbula ərizə ilə gedərək onunla görüşmək istədim. Məni İlqar Abbasov deyil,İstintaq idarəsinin rəisi Rəşad Mansurov(özünü belə təqdim etdiyinə görə) girişdə polisin otağında qəbul etdərək ərizəni oxumağa başladı.

Rəşad Mansurov ərizəni oxuyar-oxumaz başladı Elxan Bəşirovla müstəntiq Abdulla Abdullayevi tərifləməyə. Bir anlığa elə zənn etdim ki,ünvanı səhv salıb Elxan Bəşirovun şirkətinə getmişəm,ona görə də sual verdim ki, Bakı şəhər prokurorluğunda başqa müstəntiq yoxdurmu?! Bəlkə Abdulla Abdullayev Elxan Bəşirovun qeyri-rəsmi işçisidir? Mənə cavab olaraq bildirdi ki,Elxan Bəşirovun digər şəxslərlə olan prokurorluq işlərinə də Abdulla Abdullayev baxdığına görə Elxan Bəşirovla bağlı bütün işlər müstəntiq Abdulla Abdullayevə yönəldilir.Rəşad Mansurovun Elxan Bəşirovdan qidalandığını anladım və ordan çıxan kimi İlqar Abbasova teleqram verərək məni şəxsən qəbul etməsini xahiş etdim. Ola bilsin mənim teleqramım Elxan Bəşirovun satın aldığı adamlardan keçib İlqar Abbasova çatmasın. Amma onu çox yaxşı bilirəm ki, Elxan Bəşirov sosial şəbəkəni satın ala bilməz. Ona görə də bunu sosial şəbəkələrdə ictimailəşdirməyə məcbur qaldım.

Burdan Bakı şəhər prokuroru İlqar Abbasovun nəzərinə çatdırıram ki,əgər Bakı şəhər prokurorluğu Elxan Bəşirovun mənafeyinə xidmət etmirsə mənim haqqımda araşdırmaya Lerik rayon prokurorluğunda da baxıla bilər. Çünki, qanun belə tələb edir. Belə ki, mən cənub bölğəsi üzrə satış təmsilçisi işləmişəm və bura Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara, Lerik aid olunur. Elxan Bəşirovun ərizəsində göstərdiyi müştərilərdən Lerikdən də müştərilər var. Mənim işsiz və Lerik rayonununda qeydiyyatda olmamı və səhhətimdə problemlərin olmasına görə bu işə Lerik rayon pokuroru baxmalıdır. Ayrıca Mətanət-A şirkətinin hüquqi unvanı Abşeron rayonunda yerləşir. Burdan tam görünür ki, iş sifarişlidir. Burdan cənab Prezidentdən, Birinci Vitse-Prezidentdən, Baş Prokurordan, Daxili İşlər nazirindən, Dövlət Təhlükəsizlik Xidmətindən, Vergilər nazirindən və Ombudsmandan xahiş edirəm ki, Mətanət-A şirkətinin müşahidə şürasının sədri Elxan Bəşirovun qanunazidd hərəkətlərini, vergidən milyonlarla necə yayındığını, işçiləri necə şərlədiyini, döydürdüyünü sübut edən keçirəcəyim mətbuat konfransına qədər mənim təhlükəsizliyimin təmin edilməsi üçün lazimi tədbirlər görülməsi və bu işin baxılmasını Baş prokuror nəzarətə götürməklə Lerik rayon prokuroruna həvalə olunmasına göstəriş verilməsini xahiş edirəm. Sübutları Elxan Bəşirov yox etməsin deyə iştimaiyyətə çatdırandan sonra lazımı istintaq orqanlarına təhvil verərəm.Əminəm ki,mənim müraciətimdən sonra Elxan Bəşirovun qanunazidd əməllərinin digər qurbanları da Mətanət A şirkətinin rəhbərliyinin onların həyatını necə kabusa çevirməsini ictimaiyyətə təqdim etməkdən çəkinməyəcəklər. Bildirmək istəyirəm ki, Bəşirov Elxan Hidayət oğlu mənim bibim oğludur və onun bir çox işlərini uzun müddət mən apardığım üçün çox mətləblərdən xəbərim var. Bəşirov Elxanın Bakı şəhər prokurorluğuna daxil olan bütün şikayətlərini müstəntiq Abdullayev Abdulla araşdırıb və həmişə birincinin xeyrinə nəticələnib. Bundan əlavə Abdullayev Abdulla Bəşirov Elxanın atası Bəşirov Hidayətlə yaxın dostdur, həmçinin Abdullayev Abdulla hələ Lerik rayonunda müstəntiq işləyərkən atam Bayramov Ərəstun Mirələm oğlu da Siyov ərazi icra nümayəndəsi vəzifəsində çalışırdı və o zaman aralarında konflikt yaranıb.


P.S. Dəfələrlə Mətanət-A şirkətiylə bağlı məlumatlara görə, şirkətin media mənsublarına cavab verə biləcək şəxslərini axtarsaqda çox təsüflər olsun ki, heç bir şəxslə əlaqə saxlaya bilmədik. Qaynar xəttlərindən zəng edəcəyik deyib, bir neçə ay keçməsinə baxmayaraq, zəng edən olmadı. 

BakuNews.az; Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq!