Gündəm / Cəmiyyət

Sumqayıtda “Kristal Abşeron” tikinti şirkətindən DƏLƏDUZLUQ

Sumqayıtda Etiraf edək ki, son günlər vətəndaşlar ən çox "Kristal Abşeron” tikinti şirkətinə mənzil almaq üçün müraciət edir. Amma qiymətlərin olduqca yüksək olduğunu bilən vətəndaşlar sonradan imtina edirlər desək yanılmarıq. Müqayisə üçün, qonşu Gürcüstanda , hətta Ukraynada qiymətlər "Kristal Abşeron”un qiymətlərindən xeyli aşağıdır. Keçək mətləbə....

Lakin adı hallanan şirkət əməkdaşları əvvəl vətəndaşları lazımı qaydada anlatmağa çalışır. Hətta bir müddət tək şəxsiyyət vəsiqəsi ilə tam təmirli evlərə sahib olacaqları barədə bəzi telekanallarda reklam edib, ev həsrəti ilə yaşayanları özlərinə cəlb edirdilər.

Dosye.org-a məlumat verən mənbə vurğulayır ki, bir müddət öncə Sumqayıt şəhəri 10 mk/r deyilən ərazidə "Kristal Abşeron” tikinti şirkətinin inşa etdiyi yaşayış binasından 33 kv, yəni 1 otaqlı mənzil ilkin ödənişsiz bank yolu ilə əldə edir. 1 il 6 ay 435 manat aylıq ödəməklə 1 otaqlı mənzilə sahib olur. Nəhayət vətəndaş bəzi səbəblərdən ödəniş etməkdən çətinlik çəkir və mənzili geri qaytarmalı olur. Qarşılıqlı formada şirkətlə vətəndaş arasında müqavilə ləğv edilir.

Bundan sonra vətəndaş(adı şərtdir) özünə məxsüs ev əşyalarını mənzildən çıxararaq kirayə yaşamağa gedir. Lakin mətbəx mebeli ustaya ehtiyac olduğundan çıxartmaq mümkün olmayır. Bi neçə dəfə vətəndaş "Kristal Abşeron” tikinti şirkətinin baş ofisinə gedərək mənzilin açarını tələb edir və mebelin çıxarılmasını istəyir. Şirkətdən ona isə deyilir ki, müştəri həmən mənzili aldıqda kuxna mebelin pulunu ödəyəcək. Bu minvalla vətəndaş şirkətin direktoru Şükür adlı şəxs tərəfindən aldadılır.

Dosye.org olaraq bildiririk ki, "Kristal Abşeron” tikinti şirkəti vətəndaşların etibarından sui istifadə edərək onların əmlakına sahib çıxır. Ölkə başçısı cənab İlham Əliyev öz çıxışında dəfələrlə vurğulayır ki, vətəndaşlar incidilməsin, onların hüqüqları tanınsın.

Lakin ölkədə fırıldağlıqla ad qazanan "Kristal Abşeron” tikinti şirkət ölkə başçısının tapşırıqlarını saya almır. Əksinə, şirkət rəhbərliyi bütün mümükün vasitələrdən istifadə edərək vətəndaşları dövlətdən narazı salmağa şalışır. Fürsətdən istifadə edərək ölkə vətəndaşlarının nəzərinə çatdırmaq istəyirik ki, "Kristal Abşeron” tikinti şirkətiindən mənzil alarkən diqqətli olsunlar. Növbəti yazılarımızda Şükür adlı direktorun kimlərə mənzil hədiyyə etdiyi barədə məlumat verəciyik. Və biləcəksiniz ki, sadə vətəndaşlardan oğurlanan pullar kimlərə qurban verilir. Bizi izləməyi unutmayın...