Gündəm / Cəmiyyət / Hadisə

Şəxsi hesaba qanunsuz müdaxilə - ŞOK !!!

Şəxsi hesaba qanunsuz müdaxilə - ŞOK !!!

"DogruXeber.az" xəbər verir ki, bu günlərdə saytımıza və YouTube kanallarımıza kənar müdaxilələrin olduğunu fərq etmişik.

Belə ki, bəzi tənqidi yazılar və faktları əks etdirən videoların silinməsinə cəhd olunduğunu anlayan kimi, dərhal hərəkətə keçdik. Mütəxəssislərin köməyi ilə qəsdən yaradılmış problemlərin bir neçəsinin bərpasına nail ola bildik.

Qeyd edək ki, müdaxilə edən şəxsin kimliyinə dair artıq, bəzi məlumatları əldə edə bilmişik.

Odur ki bu istiqamətdə araşdırmalarımız davam edir və biz bu barədə hüquq-mühafizə orqanlarına müraciət etməyi planlaşdırırıq.

Mövzuya qayıdacağıq.