Gündəm / Cəmiyyət

Daha iki rayona polis rəisi təyin edildi

Daha iki rayona polis rəisi təyin edildi

Neftçala və Oğuz Rayon Polis Şöbələrinə (RPŞ) rəis təyinatı baş tutub.

"Kanal14.az" xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Emil Cavadov Neftçala Rayon Polis Şöbəsinin rəisi təyin edilib.
Ətraflı

Nazirin digər əmri ilə Nəsimi RPİ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Fərid Fətəliyev Oğuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.