Gündəm / Cəmiyyət

Ruslan İzzətli də saxlanıldı

Ruslan İzzətli də saxlanıldı

III Respublika Platformasının üzvü Ruslan İzzətli bu gün səhər saatlarında polis tərəfindən saxlanılıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə sosial şəbəkədə Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl məlumat yayıb.

Onun sözlərinə görə, R.İzzətli Xətai rayon Polis İdarəsinin qarşısında saxlanılıb.

Hələlik, bu məlumata Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlar münasibət bildirməyib.

Xatırladaq ki, ötən gün III Respublika Platformasının spikeri Akif Qurbanov da saxlanılıb. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir.//demokrat.az