Gündəm / Cəmiyyət / Hadisə

Ülvi Həsənliyə qarşı bu maddə üzrə cinayət işi açılıb

Ülvi Həsənliyə qarşı bu maddə üzrə cinayət işi açılıb

"AbzasMedia"nın direktoru Ülvi Həsənliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçalmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başladılıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat verib. O bildirib ki, hazırda Ülvi Həsənli Xətai Rayon Müvəqqəti Saxlanma Təcridxanasına aparılıb. 

Qeyd edək ki, "AbzasMedia"nın direktoru Ülvi Həsənli bu gün səhər saatlarında Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.