Gündəm / Cəmiyyət / Hadisə

Ermənistan MTX Laçında azan hərbçimizin saxlanıldığını təsdiqlədi

Ermənistan MTX Laçında azan hərbçimizin saxlanıldığını təsdiqlədi

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan Ordusunun hərbçisinin saxlanılması barədə məlumatı təsdiqləyib.

"Kanal14.az" xəbər verir ki, MTX-dan verilən məlumata görə, fevralın 28-də saat 05:15 radələrində Azərbaycan-Ermənistan şərti sərhədinin Syünik vilayətinin Teğ icması istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi təmas xəttini keçib.

Azərbaycan hərbçisinin Ermənistan ordusunun əsgərləri tərəfindən saxlanıldığı bildirilir.

Hadisə ilə bağlı cinayət işinin başlandığı qeyd olunur.