Gündəm / Cəmiyyət / Sosial

Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşdü

Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşdü

Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb.

"Kanal14.az" xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 78 nəfər, Zabux kəndinə isə 4 ailə - 11 nəfər köçürülür.

Köçürülən ailələr Qaradağ rayonu "Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın RİH-nin nümayəndələri tərəfindən yola salınıb.

Bununla ümumilikdə Laçın şəhərinə 451 ailə (1705 nəfər) köçürülüb. Zabux kəndinə köçürülənlərin sayı isə 808 nəfərə çatıb (211 ailə).