Gündəm / Cəmiyyət / Hadisə

Əhməd Psixiatriya Xəstəxanasına GÖNDƏRİLİR

Əhməd Psixiatriya Xəstəxanasına GÖNDƏRİLİR

Bakıda ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

"Kanal14.az"ın "Qafqazinfo”dan əldə etdiyi məlumata görə, o, ixtisaslaşmış qapalı tibb müəssisəsinə aparılıb.

Ə.Əhmədovun 20 gün müddətində stasionar qaydada saxlanılacağı və bu müddətin sonunda onun psixi xəstəliyi ilə bağlı ekspertiza rəyinin veriləcəyi bildirilib.