Prezident Anıtqəbirdəki xüsusi kitaba bu sözləri yazdı
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev fevralın 19-da Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.
"Kanal14.az" xəbər verir ki, ölkə lideri Qazi Mustafa Kamal Atatürkün məqbərəsinə əklil qoyub və Anıtqəbir Xüsusi Kitabını imzalayıb.
İlham Əliyev qeyd dəftərinə bu sözləri yazıb: "Türk dünyasının böyük oğlu, istedadlı və dahi sərkərdə Qazi Mustafa Kamal Atatürkün əziz xatirəsini ən səmimi hörmət və ehtiramla yad edirəm. Ulu Öndər Mustafa Kamal Atatürk yüz il əvvəl ən möhtəşəm əsəri olan Türkiyə Cümhuriyyətini qurmaqla adını dünya tarixinin səhifələrinə və xalqının qəlbinə sözün əsl mənasında qızıl hərflərlə həkk etdi. Mən qardaş Azərbaycanın prezidenti kimi Mustafa Kamal Atatürkün qurduğu dövlətin qlobal dünyasında mövcud inkişaf səviyyəsini, rifahını, gücünü və nüfuzunu görməkdən xüsusi qürur duyuram. Xalqımızın ən böyük sərvəti olan sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığını, birlik və həmrəyliyini qoruyub gələcək nəsillərə təqdim etmək, strateji müttəfiqliyimizi hər sahədə inkişaf etdirmək və möhkəmləndirmək iki ölkənin qarşısında duran ən ali vəzifədir. Azərbaycanın sevincini öz sevinci, kədərini öz sevinci kimi bilən böyük şəxsiyyət Qazi Mustafa Kamal Atatürkün əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır. Allah rəhmət eləsin!"