Ramin Hacılı azad olunması üçün yenidən məhkəməyə müraciət edib.

"Kanal14.az”ın məlumatına görə, fevral ayının 21-də Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə Ramin Hacılının kassasiya şikayətinə baxılacaq. 


Xatırladaq ki,  "No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, "Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, "Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, "HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan Respublikasının vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Haıcılı, 7 il 7 ay 14 gün müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə 1-ci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.