Gündəm / Cəmiyyət

Arif Hacılının oğlu azadlığa buraxıldı

Arif Hacılının oğlu azadlığa buraxıldı

Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılı azadlığa buraxılıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə Arif Hacılı bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılıb. Sosial şəbəkədə yayılan görüntülərdə Yasamal rayonu ərazisində, Hüseyn Cavid prospektində sərxoş olduğu iddia olunan sürücünün qəza törətdiyi əks olunub. "Honda” markalı avtomobil manevr edəndə bir neçə avtomobilə çırpılıb. Qəza nəticəsində xəsarət alanların olduğu, avtomobillərə ziyan dəydiyi bildirilir.