Gündəm / Cəmiyyət / Mədəniyyət

Mədəniyyət xadimi illərdir gözlədilir - PREZİDENTƏ MÜRACİƏT // FOTO

Mədəniyyət xadimi illərdir gözlədilir - PREZİDENTƏ MÜRACİƏT // FOTO

Azərbayn SSRİ-nin əməkdar aktrisası Elmira Həşimova mətbuat vasitəsilə ölkə başçısına müraciət ünvanlayıb.
Bir surəti də "DogruXeber.az"a göndərilən müraciətdə deyilir:

"Öncə, Azərbaycan Respublikasında keçirilən Növbədənkənar Prezident seçkilərində yüksək faizlə səs toplamağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinizə, mədəniyyət xadimlərinə göstərilən sonsuz qayğı və dəstəyinizə görə Sizə dərindən minnətdarlıq edirəm.

Mən Həşimova (Əhmədova) Elmira İbrahim qızı əmək fəaliyyətinə 1969-cu ildən Sumqayıt Dram Teatrında başlamışam. 1982-ci ildən isə Azdramada işləmişəm. 1982-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbayn SSRİ-nin əməkdar aktrisası adına layiq görülmüşəm. Azdramada Nəriman Nərimanov haqqında çıxış etdiyim "bütün şərq bilsin” adlı tamaşanı Heydər Əliyev Özü şəxsən izləmişdi. Tamaşanın sonunda şəkil də çəkdirdik.

Mədəniyyət xadimi illərdir gözlədilir - PREZİDENTƏ MÜRACİƏT // FOTO

Soldan 2-ci

Mən 1982-ci ildən mənzil növbəsinə dayanmağıma baxmayaraq bu günə kimi mənizil ala bilməmişəm. Məndən sonra mənzil növbəsinə dayananların hamısı mənzillə təmin olunsalar da mən bu günə kimi Sumqayıt şəhər, 14-cü məh., ev-19a, mənzil-27 ünvanında kirayədə tək yaşayıram. Həyat yoldaşım vəfat edib.

Sizdən artıq dərəcədə xahiş edirəm Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan SSRİ-nin əməkdar artisti adına layiq görülməyimi, 1982-ci ildən mənzil nöbəsində dayanmağımı, lakin ala bilmədiyim üçün hazırda kirayədə yaşadığımı nəzərə alaraq 1 otaqlı mənzillə təmin olunmağım üçün məndən də Öz köməyinizi əsirgəməyəsiniz.
Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm.
Hörmətlə, Həşimova (Əhmədova) Emira İbrahim qızı"