Gündəm / Siyasət

İlham Əliyev bizə öyrətdi ki... — Erməni mediası

İlham Əliyev bizə öyrətdi ki... — Erməni mediası

"Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ermənistan və ermənilərə çox yaxşı dərs keçir. İlham Əliyev bizə vətəni, torpağı necə sevməyi öyrədir. Əliyev bu gün ailəsi ilə birlikdə Xankəndidə olub və səs verib. Əliyevin Xankəndidə olmaqla göstərdi ki, bu regionda, bu dünyada ancaq yaxşı silahlanmış, yaxşı təşkilatlanmış ordu düzgündür, təhlükəsizlik və əmin-amanlıq ordu tərəfindən təmin edilir və o, tarixi ədaləti bərpa edən ordudur".

"Kanal14.az" xəbər verir ki, bunu "hraparak"a açıqlamasında Mikael Srbazyan Azərbaycanda keçirilən növbədənkəanr prezidet seçkilərini şərh edərkən deyib.

"Siyasi elitamızın bacara bilmədiklərini Əliyev etdi. Əliyev bizə necə diplomatik oyun qaydaları ilə oynamağı öyrətdi, dövlət qurmağı, xalq olmağın əsasını qoymağı öyrətdi.

Bəs biz nə etdik və ya indi haradayıq? Hamı bir-birini günahlandırır. İndi hamı bir neçə saat ərzində gəlib Ermənistanı qaçılmaz təhlükədən xilas edəcək xilaskarı gözləyir.

Əliyev bizə öz cəmiyyətimizlə işləməyi, dövləti gücləndirmək və düşmən dövləti necə məhv etməyi öyrətdi.

Nəhayət, Əliyevin bizə verdiyi ən böyük dərs ondan ibarət oldu ki, heç vaxt vətəndən əl çəkməmək, milli arzu qurmaq lazımdır.

Əliyevin bizə verdiyi çoxlu dərslər arasında ən əsası heç vaxt təslim olmamaq, arzuna çatmaq üçün uzun və çox çalışmaqdır", - Srabzyan qeyd edib.(Ölkə.az)