Gündəm / Cəmiyyət / Təhsil

Azərbaycanda yeni universitet binası tikilir

Azərbaycanda yeni universitet binası tikilir

Lənkəran Dövlət Universitetinin (LDU) əlavə binasının tikintisinə başlanılıb.

"Kanal14.az"ın İqtisadiyyat.az-dan əldə etdiyi məlumata görə, H.Aslanov 50 unvanında yerləşən ali məktəbin inzibati binası inşa olunacaq.

Tikintisi planlaşdırılan yeni bina 2 mərtəbəli olacaq.

Qeyd edək ki, LDU 1991-ci ildə Bakı Dövlət Universitetinin filialı kimi fəaliyyətə başlayıb, 1992-ci ildə isə müstəqil dövlət universitetinə çevrilib. Hazırda universitetdə 5000-ə yaxın tələbə bakalavr, magistratura və doktorantura səviyyəsi üzrə təhsil alır, 400-ə yaxın professor-müəllim və inzibati heyət çalışır.