Gündəm / Cəmiyyət / Video

Bakı qışa   hazırdırmı? - VİDEO

Yasamal

Bir neçə ildir ölkə ərazisində yağıntıların az olması deyəsən bəzi rayon rəhbərliklərində arxayınçılıq yaradıb. Elə buna görədir ki, bu ilin yanvar ayında ölkə ərazisində qarın yağması bir çox bölgələrdə və eləcə də paytaxt Bakının bəzi rayonlarında problemlərin yaranmasına səbəb oldu.

"Kanal14.az" bildirir ki, qışın sərt keçməsinə hazırlıqsız yaxalanan bakımızın bəzi küçə və prospektlərində, həmçinin səkilərdə əhalinin hərəkətində maneələr yarandı.

Lakin, sevindirici hal budur ki, paytaxtın bəzi rayonlarında qışa hazır olan idarələr bu kimi halların zamanında aradan qaldırılması üçün yüksək tədbirlər görüblər.

Odur ki, bildiyimiz kimi 24 Yanvar 2024-cü il gecə saatlarında Bakıya güclü qar yağıb. Lakin güclü yağan qara baxmayaraq, Yasamal Rayon İcra Hakimiyyəti, Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi və Yasamal Rayon 19 saylı Mənzil Kommunal İstismar Sahəsinin işçiləri çox fəal iştirak edərək, piyada səkilərini və yolları qardan təmizləyib, yollara duz səpiblər. Bununla da əhalinin sərbəst hərəkət etməsi üçün yaranmış maneələr aradan qaldırılıb.

Bu cür yüksək səviyyəli xidmətinə görə yerli sakinlər Yasamal rayon rəhbərliyinə və 19 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşlarına öz dərin təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, son illər Yasamal rayonu ərazisində təmizlik və abadlıq işləri mütəmadi olaraq, uğurla davam etdirilir.