Qəzzada İsrail-HƏMAS müharibəsinin davam etdiyi bir vaxtda Baş nazir Benyamin Netanyahuyaya etimad günü-gündən azalır.  

"Kanal14.az" xəbər verir ki,  İsraildə "Kanal 13"ün keçirdiyi sorğunun nəticələrinə görə,  insanlar Netanyahunun istefa verməsini istəyirlər.  

Sorğunun digər diqqətçəkən nəticəsi isə israillilərin Netanyahunun müharibədən şəxsi maraqları üçün istifadə etdiyini düşünməsidir.

Rəyi soruşulanların 53 faizi baş nazirin şəxsi maraqlarını nəzərə alaraq müharibə ilə bağlı qərarlar verdiyini bildirsə də, Netanyahunun ölkənin rifahı üçün hərəkət etdiyini düşünənlərin nisbəti yüzdə 33-də qalıb.