Gündəm / Siyasət

"Etimad tədbirlərini davam etdirməyə hazırıq" - Ermənistan XİN


"Ermənistan tərəfi etimad tədbirlərini davam etdirməyə hazırdır".

"Kanal14.az" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan açıqlayıb.

Nazir qeyd edib ki, humanitar məsələlər hələ də həll olunmamış qalır: "Dekabrın 7-də əsirlərin və saxlanılan şəxslərin mübadiləsi ilə bağlı razılığa gəlmək mümkün olub. Müvafiq olaraq Ermənistan tərəfi saxlanılan 2 azərbaycanlını, Azərbaycan tərəfi isə 32 erməni hərbçini azad edib. Həmçinin, paralel olaraq, Ermənistan COP29-a ev sahibliyi etmək üçün öz namizədliyini geri götürməsi və Azərbaycanın namizədliyini dəstəkləməsi barədə razılıq əldə olunub və daha sonra həmin tədbirin Bakıda təşkili qərara alınıb. Bu, şübhəsiz ki, uzanan danışıqlar fonunda müsbət irəliləyiş idi. Deməliyəm ki, Ermənistan tərəfi etimad tədbirlərini davam etdirməyə hazırdır".