Gündəm / Cəmiyyət / Mədəniyyət

Şuşada İslam Dünyasının Mədəniyyət Forumu keçiriləcək

Şuşada İslam Dünyasının Mədəniyyət Forumu keçiriləcək

Bu il ərzində İslam ölkələrinin mədəniyyət paytaxtlarının "Şuşa şəbəkəsi” yaradılacaq.

"Kanal14.az" xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi "Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

Eyni zamanda şəbəkə daxilində ilk görüşün keçirilməsi nəzərdə tutulub.

Bununla bağlı Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırıq verilib.