Türk dünyasının mədəniyyət paytaxtı
Məlum olduğu kimi Respublika Nazirlər Kabinetinin qərarı ilə 2003-cü il Şuşa şəhəri "Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir. İlkin tədbirlər planına daxil olan məsələlərdən biri də "Türk dünyası xalqlarının kulinariya günləri”nin keçirilməsidir.
"Kanal14.az” "Hafta.az” a istinadən bildirir ki, bu tədbirin üçüncü rübdə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmçinin, Türk dünyası dövlətlərinin aktiv və mədəni turizm sahəsində səyahətçi, bloger və digər şəxslərin Şuşaya səfərlərinin təşkili plana daxil edilmişdir. Eyni zamanda, il ərzində "Şuşa Türk Dünyasın mədəniyyət paytaxtı” çərçivəsində beynəlxalq konfranslar, seminarlar və digər maraqlı tədbirlər keçiriləcək.
”Türk dünyası: Ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilməsi, orta əsr mənbələrində və müasir dövr tədqiqatlarında "Qarabağ və Şuşa” mövzusunda elmi seminarın aparılması və "Xarı bülbül” əfsanəvi sənədli filminin təqdimatı tədbir iştirakçılarının və qonaqların marağına səbəb olacaq.
Kanal14.az
Anarə Muhəmməd