Gündəm / İqtisadiyyat / Cəmiyyət

Müşahidə aparılması ilə bağlı ərizələrin MSK-ya təqdim edilməsi müddəti bitir

Müşahidə aparılması ilə bağlı ərizələrin MSK-ya təqdim edilməsi müddəti bitir

Fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində Azərbaycanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatır.

"Kanal14.az" Demokrat.az -a istinadən xəbər verir ki, bununla bağlı prosedur yanvarın 28-dək yekunlaşmalıdır.

Belə ki, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşı (öz təşəbbüsü ilə, habelə qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada müvafiq dəvət əsasında Azərbaycana gələrkən MSK-da qeydiyyatdan keçməklə) seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsi gününə 10 gün qalanadək Azərbaycanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələri MSK-ya təqdim etməlidirlər.