Gündəm / Siyasət / Cəmiyyət

MSK seçkiyə strart verdi: Sabahdan qeydiyyat üçün zəruri sənədlərin qəbulu başlayır

MSK seçkiyə strart verdi: Sabahdan qeydiyyat üçün zəruri sənədlərin qəbulu başlayır

Sabahdan növbədənkənar prezident seçkiləri ilə əlaqədar prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edilə bilər.

"Kanal14.az" Demokrat.az-a istinadən xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nüma­yəndəsi nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək MSK-ya təqdim etməlidir.

Beləliklə, 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri 2023-cü il dekabrın 19-dan 2024-cü il yanvarın 8-i saat 18.00-dək MSK-ya təqdim edilməlidir.