Gündəm / Dünya

Trampla Kimin görüşü başladı: "Sizinlə bir yerdə olmaq şərəfdir" - VİDEO

​Trampla Kimin görüşü başladı:


Vyetnamın paytaxtı Hanoyda ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın sayca ikinci tarixi görüşü başlayıb. 
"Reuters” xəbər verir ki, liderlərin görüşü Hanoydakı məşhur "Sofitel Legend Metropole” otelində keçirilir.
"Hesab edirəm ki, sizin ölkəniz inanılmaz, sərhədsiz iqtisadi potensiala malikdir. Sizin öz ölkənizlə əla gələcəyiniz olacaq. Siz (Kim Çen In), böyük lidersiniz. ABŞ ölkənizin inkişafına kömək edə bilər. Burada Kimlə bir yerdə olmaq şərəfdir. Ümid edirəm ki, sammit uğurlu olacaq” – Tramp görüş zamanı Şimali Koreya liderinə deyib.
Bununla belə, ABŞ prezidenti onu da bildirib ki, Şimali Koreyanın tam nüvəsizləşməsi ilə bağlı tələbindən geri çəkilməyib. Jurnalistlərin "Koreya müharibəsinin rəsmən sona çatdığını bəyan edəcəksinizmi?” sualına isə Tramp "baxarıq” cavabını verib.
Kim Çen In isə öz növbəsində ümid edib ki, ABŞ prezidenti ilə bu görüşü bütün tərəfləri qane edəcək: "Bu sammiti keçirmək üçün biz bir neçə maneəni aşmışıq və Sinqapurdakı görüşümüzdən sonra təmkinli olmağa ehtiyacımız var idi. Ümid edirəm ki, bu dəfəki danışıqlar uğurlu olacaq”.