Gündəm / Cəmiyyət / Video

Vüqar Şıxməmmədovla Təzəxan Məmmədovun Badamdar əməliyyatları: müavinlə bələdiyyə sədri nədən necə qazanır? – VİDEO

Vüqar Şıxməmmədovla Təzəxan Məmmədovun Badamdar əməliyyatları: müavinlə bələdiyyə sədri nədən necə qazanır? – VİDEO

Kanal14.az: - Səbail rayonunun Badamdar bələdiyyəsinin sədri Təzəxan Məmmədovun keçmiş peşəsinə sadiq qalaraq maklerlik fəaliyyəti, torpaq alqı-satqısı, ev və obyekt inşası məsələsində əsl rüşvət piramidası formalaşdırması bəlli olub. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə Təzəxan Məmmədov sadəcə torpaqların satışı ilə deyil, həm də onların üzərində ev və obyekt inşası ilə də məşğul olur. Bələdiyyə sədri ondan torpaq alan hər bir müştəriyə torpaq üzərində ev, yaxud obyekt inşa etdirəyi halda bəlli məbləğ qarşılığında tikinti inşasına nəzarət edən bütün lazımi adamlarla anlaşma yaradacağını təklif edir. Başqa sözlə desək, bələdiyyə sədri əlavə ödəniş müqabilində Badamdar ərazisində istənilən obyektin qaçaq inşaasını təmin edir ki, bu da Təzəxan Məmmədov "vahid pəncərə” modeli formalaşdırdığını göstərir. Yəni sadəcə bələdiyyə sədrinə ödəniş etməklə torpaq alqı-satqısındna tutmuş, ev və obyekt inşasına qədər bütün məsələlərdə qanuni prosedurlardan yan keçməklə məqəsəd "daha ucuz” şəkildə nail olmaq mümkündür.

Baş verənlərlə bağlı cumhuriyyet.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, Bu prosesdə isə Təzəxan Məmmədovun əsas güvəndiyi şəxs icra başçısının birinci müavini Vüqar Şıxməmmədovdur. Bələdiyyə sədrinin əsas himayədarı kimi tanınan Şıxməmmədov üç ildir bu vəzifəyə təyin olunub və bu gün rayonun "qara kassası” kimi tanınır. Öz yaxınlarını Badamdar bələdiyyəsində və DOST xidmətinin sahələrində işə düzəldən müavin sədrlə birgə bələdiyyə büdcəsini tam ələ keçirib. Badamdarda şəhid baralyevlərinin mərmər adı ilə sənədləşdirilib, adi daşdan düzəldilməsi də bu prosesin tərkibidir. Məhz bu maxinasiyaların nəticəsidir ki, yeni il bayramında bələdiyyə işçilərinin maaşı verilməyib.

Təzəxan Məmmədovun Vüqar Şıxməmmədovun himayəsi altında fəaliyyətində xüsusi diqqət çəkən məqam müştərilərdən daha çxo pul qazanmaq üçün həm də icra başçısını gözdən salan xüsusi metoddan istifadə etməsidir. Mənbə cumhuriyyet.az-a bildirir ki, bələdiyyə sədri, bütün alqı-satqılarda müştridən əlavə 500 manat pul tələb edir və bildirir ki, icra başçısının "verən əli yoxdur” və ona bu alqı-satqılardan bir manat belə çatmır. Təzəxan Məmmədovun daha bir gəlir kəşfi isə "paket” oyunudur. Bələdiyyə sədri razılaşdığı alqı-satqılar və icazə sənədləri ilə bağlı əlavə ödəniş almaq üçün müştərilərin sənədlərini məqsədli şəkildə ləngidir və bu sənədlərlə maraqlanan şəxslərə bildirir ki, icra başısının yanına girmək, ona bu sənədi imzalatmaq üçün daha bir neçə oxşar işin yığılmasını gözləyir. O, hər sənəd üçün ayrılıqda başçını naraaht edə bilməz. Qeyri-müəyyən gözləmə mövqeyindən bezən, yaxud gözləmək imkanı olmayan şəxslər məcburiyyət qarşısında bələdiyyə sədrinə əlavə ödəniş etməli olur. Məhz bundan sonra Təzəxan Məmmədov "humanistlik” edərək paket sənədin yığılmasını gözləmədən icra başısının qəbuluna gedərək lazımi sənədi imzalayır.