Cənubi Koreya parlamenti it ətinin istehlakını və satışını qadağan edən qanun qəbul edib. 

"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki, qanun üç illik keçid dövründən sonra qüvvəyə minəcək. 

Bundan sonra qadağanı pozanları 3 ilə qədər həbs və ya 30 milyon von (22,8 min dollar) məbləğində cərimə gözləyir.

Qanun mübahisəli, çoxəsrlik it əti yemək təcrübəsinə son qoymaq məqsədi daşıyır.