Ermənistanın baş naziri Nikol Paşinyanın yerli hakimiyyət orqanlarında və hökumətdə başladığı kadr təmizləmələri davam edəcək və yaxın vaxtlarda yeni istefalar olacaq.

"Kanal14.az" xəbər verir ki, bu barədə ölkənin "Joxovurd” qəzeti məlumat dərc edib.

"Paşinyan tərəfindən son belə qərarlar o qədər tələsik qəbul edilib ki, hökumət rəsmilərinin işdən çıxarılan məmurların yerinə namizədlərin adlarını müzakirə etməyə belə vaxtları olmayıb. Paşinyan fəaliyyətsizlik göstərən o nazir və məmurlardan yaxa qurtarmaq niyyətindədir. Bütün bunlar seçki kampaniyasının başlanğıcı kimi görünür”, - nəşr qeyd edir.