Gündəm / Siyasət / Cəmiyyət

"17 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib" - MSK sədri


Bu günə qədər 17 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib.

"Kanal14.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, təsdiqlənmiş namizədlərdən 7-si imza vərəqələrini MSK-ya qaytarıb.

Həmin şəxslərdən 3-nün prezidentliyə namizədliyi artıq qeydə alınıb. Dörd nəfərin təqdim etdiyi sənədlər yoxlanılıb başa çatdırıldıqdan sonra onların qeydə alınma məsələlərini də gündəliyə çıxaracağıq.