Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial

Saleh Məmmədovun rəhbərlik etdiyi şirkətlərin milyonlarla borcu var - SİYAHI // MƏBLƏĞ

Saleh Məmmədovun rəhbərlik etdiyi şirkətlərin milyonlarla borcu var - SİYAHI // MƏBLƏĞ

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeçiliyində olan strukturların dövlətə milyonlarla manat borcu yaranıb.

"Kanal14.az"ın Qaynarinfo-ya istinadən əldə etdiyi məlumata görə, Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədovun rəhbərliyi altında fəaliyyət göstərən MMC-lərin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə milyonlarla vergi borcu var.

"2 №-li Magistral Yolların İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyəti - 416.866,36 manat;
"3№-li Magistral Yolların İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyəti - 4.254.547,50 manar;
"7№-li Magistral Yolların İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyəti - 109.561.99 manat;
"23 №-li Yol İstismari" Məhdud Məsuliyyətli Cəmiyyətin - 116.388,31 manat;
"54№-li Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyəti - 130.272,11 manat;
"55 №-li Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyəti - 257.021,84 manat.

Qurumun tabeçiliyində olan digər MMC-lərin də borclarının olması istisna edilmir.

Maraqlıdır ki, hər il dövlət büdcəsindən milyonlarla manat vəsait alan MMC-lər dövlətin vergi borcunu niyə ödəmir?

Saleh Məmmədovun rəhbərlik etdiyi şirkətlərin milyonlarla borcu var - SİYAHI // MƏBLƏĞ