Gündəm / Siyasət / Dünya

İran Prezidentinin Türkiyəyə səfəri yenə təxirə düşdü

İran Prezidentinin Türkiyəyə səfəri yenə təxirə düşdü

İran Prezidenti İbrahim Rəisi Kermanda baş verən terror aktından sonra Türkiyəyə səfərini ləğv edib.

"Kanal14.az" xəbər verir ki,  bu barədə İran Prezident Aparatının siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi məlumat yayıb. 

Onun sözlərinə görə, səfər başqa vaxta təyin olunub. 

Qeyd edək ki, İbrahim Rəisinin sabah Türkiyəyə səfəri planlaşdırılmışdı.