Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial

Azərbaycanda siqaret bahalaşdı - Yeni qiymətlər

Azərbaycanda siqaret bahalaşdı - Yeni qiymətlər

Bu gündən Azərbaycanda siqaretlərin qiyməti bahalaşıb.

"Kanal14.az"ın Qaynarinfo-ya istinadən məlumatına görə, bütün növ siqaretlərin qiymətində 0.20-0.50 qəpik bahalaşma qeydə alınıb.

"Sobranie" siqaretinin qiyməti 30-50 qəpik, digər növ siqaretlərin 0.20 qəpik qiyməti artırılıb.

Qeyd edək ki, bu ilin yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişiklik qüvvəyə minib. Qanuna əsasən, yanvarın 1-dən aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 min manatdan 45,5 manata yüksəldilib.