"Kanal 13"ün daha bir əməkdaşı həbs edildi
Jurnalist Şamo Emin həbs olunub.
"Kanal14.az” xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə jurnalist barəsində 3 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Şamo Emin əvvəl "Kanal 13” internet televiziyası ilə əməkdaşlıq edirdi. Bundan əvvəl kanalın rəhbəri Əziz Orucov da eyni ittihamla həbs edilib.