Gündəm / Cəmiyyət / Sosial

Qaz sayğacları nə vaxt sıfırlanacaq? - VİDEO

Qaz sayğacları nə vaxt sıfırlanacaq? - VİDEO

Qazdan istifadə ilə bağlı limitlərin yenilənməsi və digər məqamlarla bağlı SOCAR-ın "Azəriqaz” İB-nin şöbə rəisi Eldəniz Vəliyev açıqlama verib.

"Kanal14.az"ın məlumatına görə, E.Vəliyev bildirib ki, smart kart tipli sayğaclar 31 dekabrdan 1 yanvara keçən gecə saat 00:00-dan etibarən avtomatik olaraq yenilənəcək.

O qeyd edib ki, mexaniki sayğaclardan istifadə edən abonentlərdə isə yenilənmə 5-6 yanvardan etibarən reallaşacaq:

"Ümumilikdə narahatlıq üçün əsas yoxdur. Çünki abonentlər üçün 365 günün tamlığı qorunur”.