Gündəm / Cəmiyyət / Sosial / Səhiyyə

Artıq çəkidən qurtula bilməməyin 5 SƏBƏBİ

Artıq çəkidən qurtula bilməməyin 5 SƏBƏBİ

Ciddi, lakin sağlam qidalanma planına riayət etməyinizə baxmayaraq, arıqlaya bilmirsiniz?

"Kanal14.az" arıqlamağınıza mane olan səbəbləri sizinlə bölüşür:
 
1. Stress

Stressli dövrlərdə böyrəküstü vəzilərdən kortizol hormonu ifraz olunur. Kortizol enerji təmin etmək üçün vacib olsa da, iştahı artırır. Bu hormonal balanssızlıq kilo itkisini geri qaytarır. 

2. Gizli qidalanma

Qlütenə qarşı həssaslıq və ya dözümsüzlük arıqlamağınızı çətinləşdirə bilər. Bunun qarşısını almaq üçün qlüten və süd məhsullarını xaric edin. Sonra bu qidaları alternativlərlə əvəz edin.

3. Qeyri-kafi yuxu 

Vücudunuz üçün kifayət qədər yuxu almamaq yağın yanmasına mane ola bilər. Hər gecə yeddi-səkkiz saat yatmağı hədəfləməlisiniz. Çünki yuxu yağ tənzimləyən hormonlarımızı tarazlaşdırır və gün ərzində yemək istəyini azaldır.

 4.Həddindən artıq qəlyanaltı istehlak etmək

Arıqlama prosesində əsas yeməklərinizə diqqət yetirdiyiniz halda, qəlyanaltılarla vaxt keçirsəniz, pəhriziniz pozula bilər. 

5. İdmanda fasilə

Bir saatdan çox məşq edirsinizsə, bu, kortizol səviyyənizi yüksəldə və hədəflərinizə əks təsir göstərə bilər. Bunun əvəzinə 20-30 dəqiqəlik interval məşqi yağ yandıra və arıqlama prosesinizi dəstəkləyə bilər.