Gündəm / Cəmiyyət / Sosial

Yumurtanın qiyməti niyə artıb? (SƏBƏB)

Yumurtanın qiyməti niyə artıb? (SƏBƏB)

Azərbaycanda yumurtanın qiymətində artım müşahidə olunub.

"Kanal14.az" Qaynarinfo-ya istinadən xəbər verir ki, rayonlarda bir neçə gün bundan əvvəl 25-27 qəpiyə satılan kənd yumurtası bu gün 30 qəpiyə təklif olunur. Hazırda isə kənd yumurtası Bakı marketlər şəbəkəsində 35-40 qəpiyə satılır. Bundan əlavə, broyler fabriklərinin istehsalı olan yumurtanın bir ədədi 18 qəpiyədir. Satıcıların bəziləri bunu bayramla əlaqələndirsə də, bəziləri mövsümü xarakter daşıdığını qeyd edib.

İqtisadçı ekspert Vahid Məhərrəmov Qaynarinfo-ya açıqlamasında bunun mövsümlə əlaqələndirib:

Yumurtanın qiyməti niyə artıb? (SƏBƏB)

"Həm də qarşıdan Yeni il bayramı gəlir, şirniyyatların hazırlanmasında yumurtadan istifadə edilir. Digər tərəfdən də belə məlumat yaydılar ki, Azərbaycan istehsal etdiyi yumurtanın bir hissəsinin Rusiya bazarına gedəcək. Ona görə ki, Rusiyada yumurtaya təlabat artıb. Ruslar yumurtaya daha çox üstünlük verirlər”.

Vahid Məhərrəmov qeyd edib ki, Azərbaycan adam başına 200 ədəd yumurta istehsal edir:

"Bu işlə məşğul olan işbazlar da fürsətdən istifadə edirlər”.