Gündəm / İqtisadiyyat / Cəmiyyət / Dünya

Bu ölkə ən uğurlu iqtisadiyyat sahəsində birincidir

Bu ölkə ən uğurlu iqtisadiyyat sahəsində birincidir

Yunanıstan 2023-cü il üçün ən yaxşı performans göstərən iqtisadiyyatları siyahısında birinci yeri tutub.

"Kanal14.az" xəbər verir ki, bu  barədə "The Economist"  nəşri məlumat yayıb.  

Yunanıstan artıq ikinci dəfədir ki, bu adı alır. Nəşr bildirir ki, Yunanıstan fond bazarının real dəyəri 40% artıb. Bununla belə, ekspertlər ölkənin hələ də "2010-cu illərin əvvəlindən daha kasıb” olduğunu vurğulayırlar. "The Economist" ölkələri beş göstərici üzrə sıralayıb: inflyasiya, məşğulluq, ÜDM, iş yerləri və fond bazarı.

İlk beşliyə Cənubi Koreya, ABŞ, İsrail və Lüksemburq da daxil olub. Reytinqi Britaniya, İsveç, Slovakiya, Avstriya, İslandiya və Finlandiya tamamlayır.